Mehtiyev qızıl, Kotsayevsə bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Mehtiyev qızıl, Kotsayevsə bürünc medal qazanıb-İNTİQAM təqdim edir (AZpress.AZ)
17-19 fevral günlərində İzrailin paytaxtı Təl-Əvivdə böyüklər arasında cüdo üzrə keçirilən "Böyük Dəbilqə" turnirinin son günü də Azərbaycan yığması üçün uğurlu olub. Qeyd edək ki, birinci günündə cüdoçularımızın gümüş, ikinci gündə qızıl qazandıqları turnirin sonunda isə yığmamızın üzvləri daha bir qızıl və bir bürünc medal əldə ediblər. Son gündə qazanılam medallar Məmmədəli Mehtiyevlə (90 kq) Zəlim Kotsayevin (100 kq) aktivinə yazılıb. Mübarizəyə ikinci mərhələdən qatılan Məmmədliyev burada ev sahibi Nadava Zuratanı üstələyəndən sonra qazaxıstanlı Ərsultan Muzapparovu və qırğızıstanlı Erlan Çerovu da məğlub edərək finala çıxıb. Həlledici görüşdə isə o, Serbiya təmsilçisi Nemanye Majdovu məyus edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və qızıl medala layiq görülüb. Günün "bürüncünü" qazanan Kotsayevə gəlincə, 18 finalda Monqolustan təmsilçisini udan cüdoçumuz 14-də isə oz komanda yoldaşı Elmar Qasımovdan güclü olaraq, yarımfinala adlayıb. Təəsüf ki, cüdoçumuz finala çıxışda gürcüstanlı rəqibi ila bacarmayıb və nəticədə də bürünc medal uğrunda kicik finala qatılıb. Burada isə o Gürcüstanın daha bir təmsilçisi ilə qarşılaşıb və onu məğlub etməyi bacarıb.
Son gündə tatamiyə çıxan digər cüdoçularımız - Rüfət İsmayılovla (90 kq) Uşanqi Kokuari (+100 kq) isə mübarizəni birinci görüşdən sonra dayandırıb. Maraqlıdır ki, hər iki cüdoçumuzun yolunu Gürcüstan təmsilçisi kəsib.
Xatırladaq ki, birinci gün yığmamızın aktivinə yazılan gümüş medal Yaşar Nəcəfovun (66 kq), ikinci günün "qızılı" isə Hidayət Heydərovun (73 kq) payına düşüb.
Beləliklə, ümumilikdə 2-si qızıl, 1-i gümüş və 1-i bürünc əyarlı olmaqla, 4 medal qazanan və komanda hesabında yalız Fransadan geri qalmaqla ikinci olan yığmamız Gürcüstan, Yaponiya. İzrail, Ukrayna, Belçika və Polşa kimi komandaları qabaqlayıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

