Masallı pəhləvanı Bolqarıstandan bürünc medalla qayıdıb (AZpressAZ - Akif Ağayev, +FOTO=3)
Bu xəbəri paylaş
Masallı pəhləvanı Bolqarıstandan bürünc medalla qayıdıb (AZpressAZ - Akif Ağayev, +FOTO=3)
Azərbaycan sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov – Nikola Petrovun xatirəsinə keçirilən beynəlxalq turnirində (17-20 fevral) doqquz medal qazanıblar.
Yığma komandanın üzvü, Masallı pəhləvanı Rahid Həmidli 125 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Sərbəst güləşçimiz turnirin bürünc mükafatına sahib olub.
R.Həmidli startda bolqar idmançısına 6:3, 1/4 finalda isə Bolqarıstanın digər təmsilçisinə 13:0 hesabı ilə qalib gəlib. Rahid yalnız yarımfinalda finlandiyalı rəqibinə uduzub. Təsəlliverici görüşdə isə gürcü həmkarı zədəli olduğu üçün meydana çıxmaqdan imtina edib.
Məlumat üçün bildirək ki, ənənəvi turnirdə ölkəmizi 13 güləşçi təmsil edib
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


