Azərbaycan kadetlərin Avropa Kubokunda birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan kadetlərin Avropa Kubokunda birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
İspaniyanın Fuenxerole şəhərində kadetlər arasında cüdo üzrə Avropa Kuboku keçirilib. Yarış Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, aktivinə 5 qızıl, 3 gümüş və 7 bürüc medal yazdıran komandamız bütün rəqiblərini geridə qoyaraq, birinci olub. Cüdoçularımızdan Məhəmməd Mamişev (50 kq), Məhəmməd Musayev (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev (66 kq) və Süleyman Əliyev (73 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion adını qazanıb. Yalnız finalda büdrəyən Əli Hacızadə (73 kq), Ramazan Əhmədov (+90 kq) və Xumar Qasımzadə (44 kq) ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib. Xalid Məmmədov (50 kq). Xanəhməd Şərifov (55 kq). Camal Baqışev (81 kq), Məhəmməd
Paşayev (90 kq), Zaur Sarıoğlu (+90 kq), və Fidan Əlizadə (57 kq) isə üçüncü yeri tutmaqla bürünc müdala layiq görülüb.
Bir məqamı da qeyd edək ki, 73 kq-da Süleyman Əliyevlə Əli Hacızadə arasındakı qarşılaşma ilə İspaniyada Azərbaycan finalı baş tutub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)