Məmmədyarov "Airthings Masters"ə uğursuz başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarov "Airthings Masters"ə uğursuz başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün hazırki dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə keçirilən coxmərhələli "Çempionun Şahmat Turu"nun ilk mərhələ yarışı olan "Airthings Masters"ə start verilib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla birlikdə 16 zəka sahibinin iştirak etdiyi və onlayn formatda təşkil edilən turnirin ilk günündə 4 turun partiyaları baş tutub. Təəssüflər olsun ki, həmyerlimiz 4 turun yalnız birində qalib gərək qalanlarında uduzub.
Xatırladaq ki, 15 turdan sona yarış cədvəlində ilk 8 yeri tutan şahmatçılar mübarizəni pley-offdan davam etdirəcəklər. Hər qələbəyə görə şahmatçıya 3, heç-heçəyə isə 1 xal verilir. Hazırda 4 turdan sonra Məmmədyarov 3 xalla 16 iştirakçı arasında 14-cü yerdədir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
