Ölkə çempionu mübarizəni dayandırdı -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Ölkə çempionu mübarizəni dayandırdı -İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünən keçirilən daha 4 oyunla futzal üzrə Badamlı Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Azərbaycan Futzal Federasiyasından aldığımız məlumata görə, günün sürpiriz nəticsi “Baker Tilly”la ölkə çempionu adını daşıyan “Araz-Naxçıvan” oyununda qeydə alınıb. Cəmi 5 futzalçı ilə matça gələn ölkə çempionu hətta qapıçı Rövşən Hüseynlinin xidmətindən meydan oyunçusu kimi istifadə etmək məcburiyyətində qalıb. Yeri gəlmişkən Hüseynli görüşdə hətta dubl edib, amma qələbəni İkinci Liqa təmsilçisi bayram edib.“Advokat” isə hesabda iki dəfə geri düşdüyü matçda “Alyans”ı son saniyələrdə vurduğu qolla yendi. “Bibi-Heybət” – “STAR kargo-2” görüşünün qalibi əlavə vaxtda müəyyənləşib və İkinci Liqanın iki təmsilçisinin qarşılaşmasını nominal meydan sahibləri qazanıb. Mərhələnin son oyunu “Neftçi” üçün yaxşı başlamayıb. “Atletiko Baku” ardıcıl qollar sayəsində hesabı xeyrinə dəyişib 3:1. Amma tədricən toparlanan Yüksək Liqa iştirakçısı qələbə qazanmağı bacarıb.
Beləliklə 18 finalda keçirilən bütün oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Advokat – Alyans (Lənkəran) 3:2
Baker Tilly – Araz-Naxçıvan 5:4
Bibi-Heybət – STAR kargo-2 10:8
Neftçi İK – Atletiko Baku 4:3
EKOL – Record club 2:0
Alyans Qrup – U-19 12:4
Forza Neftçi – Xilə 12:2 (müəyyən səbəbdən oyun başa çatmayıb)
Baku Fire – İSMA. M.A. Baku 7:3
14 final mərhələsində isə bu cütlüklərin qalibləri üz-üzə gələcək:
Alyans Qrup –Bibi-Heybət
Baku Fire – Neftçi İK
EKOL –Baker Tilly
Advokat // Forza Neftçi – Xilə matçının qalibi (oyunun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


