"Pekin-2022" Qış Olimpiyarına yekun vurulub -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Pekin-2022" Qış Olimpiyarına yekun vurulub -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Pekin-2022" Qış Olimpiyarına yekun vurulub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Fevralın 4-də Çinin paytaxtı Pekində startı verilən və Azərbaycan da daxil olmaqla 91 ölkənin qatıldığı "Pekin-2022" Qış Olimpiya Oyunlarına dünən yekun vurulub. Olimpiadanın bağlanış mərasimi Pekin Milli Stadionunda baş tutub. Mərasimdə yalnız yerli azarkeşlərin iştirak ediblər. Sayca 25-ci olan bu Olimpiadanın qalibi Norveç komandası olub. Qeyd edək ki, Norveç medal qazanan 29 ölkə arasında 37 (16, 8, 13) medalla birinci yeri tutub. Aktivinə 27 (12, 10, 5) medal yazdıran Almaniyanın ikinci yeru tutduğu sıralanmada ev sahibi olan Çin isə 15 (9, 4, 2) ilk üçlüyü tamamlayıb. ABŞ 25 (8, 10, 7) medal qazanmasına baxmayaraq, yalnız 4-cü ola bilib.

 

Azərbaycana gəlincə, aktivində medalı olmayan ölkəmiz yalnız əlifba sıralanmasına görə 91 komanda arasında 30-cu olub. Qeyd edək ki, Azərbaycanla yanaşı, daha 61 komanda "Pekin-2022" ilə medalsız vidalaşıb. Xatırladaq ki, Azərbaycan "Pekin-2022"də iki idmançı ilə təmsil olunub. Olimpiadanın proqramına daxil olan fiqurlu konkisürmə yarına qatılan cütlüyümüzdən Vladimia Litvintsev 31 idmançı arasında 18-ci, Yekaterina Ryabova isə 15-ci olub.

 

Bağlanış mərasimində 2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində təşkil ediləcək XXV Qış Olimpiya Oyunlarının rəsmi təqdimatı olub. Stadiondakı Olimpiya bayrağı endirilərək İtaliyanın adıçəkilən şəhərlərinin merlərinə təqdim edilib. Rəsmi çıxışlardan sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Pekin olimpiadasını bağlı elan edib və bununla da Olimpiya məşəli söndürülüb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020