Qazaxıstanda yanvar hadisələri terror hücumu olub - beynəlxalq ekspertlər bu fikirdədir
Bu xəbəri paylaş
Saniya Bulatkulova/ NATİON/ 15 fevral 2022-ci il
Nur-Sultan - Zorakılıq səviyyəsi, hücumların təşkili və ciddiliyi, eləcə də seçilmiş hücum obyektləri (dövlət qurumları) kimi bütün obyektiv meyarlara görə yanvarın əvvəlində bütün Qazaxıstan ərazisində baş vermiş zorakı iğtişaşlar terror aktları kimi hesab edilməlidir. Bunu beynəlxalq ekspertlər fevralın 11-də paytaxtda keçirilən konfransda deyiblər.
Qazaxıstan Prezidenti yanında Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir terrorizm və zorakı ekstremizm sahəsində qlobal və regional tendensiyalara dair fikir mübadiləsi aparmaq üçün imkan yaradılması məqsədini daşıyırdı.
Corctaun Universitetinin Təhlükəsizlik Araşdırmaları Proqramının (SSP) dosent-köməkçi vəzifəsini icra edən Ceykob Zennin sözlərinə görə, Almatıdakı faciəvi hadisələr kifayət qədər unikal terror hadisəsi olduğunu nümayiş etdirdi.
"Bu, oteldə partlayış kimi adi terror hücumu növü deyildi", - deyə Zenn “The Astana Times”-a müsahibəsində bildirib. "Orada böyük bir qrup insan var idi və bəlkə də onlardan bəziləri əvvəlcə hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyildilər, lakin onlar cinayət və radikal ünsürlərin rəhbərlik etdiyi zorakılığa sürükləndilər".
Vəziyyətin daha bir xüsusiyyəti ondan ibarət idi ki, bu hadisələrin arxasında duran heç bir tanınmış terrorçu qrup indiyə qədər aşkar olunmayıb. Zennin sözlərinə görə, bu hadisələrin ilhamlanmasında və ya koordinasiyasında cihadçı qruplaşmalarının və ya qazax xarici döyüşçülərinin mümkün rolunu araşdırmaq vacibdir.
Digər məruzəçi, Corc Vaşinqton Universitetinin Ekstremizm üzrə proqraminin elmi işçisi Aymen Cavad əl-Tamimi Ceykob Zenn kimi hökumətin zorakılığın qarşısının alınması və hücumların erkən mərhələdə yayılmasının qarşısının alınması istiqamətində qətiyyətli hərəkətlərinin vacibliyini vurğulayıblar.
"Adətən bir şey terrorizm olaraq müəyyən edildikdə, bu, hökumətə mübarizə üçün fövqəladə tədbirlər görməyə imkan verir ki, bunu da, düşünürəm, biz Qazaxıstanda gördük", - deyə Zenn bildirib.
Bunu edə bilməməsi, “Suriyada baş verdiyi kimi [vəziyyətin] vətəndaş müharibəsinə çevrilməyə imkan verir, bundan da, terrorçu qruplaşmalar istismar və istifadə edirlər. Əksinə, Qazaxıstanın hüquq-mühafizə orqanları və dövlət müəssisələri tez bir zamanda lazımi tədbirlər görüblər", - deyə Tamimi əlavə edib.
Yanvar hadisələrinə beynəlxalq kontekstdə nəzərdə keçirən Zenn Mərkəzi Asiyada daxili təhlükəsizliklə bağlı vəziyyətin təəccüblü dərəcədə sabit olduğunu qeyd edib.
"Mərkəzi Asiyada terrorun səviyyəsi dünyanın digər regionlarında və Birləşmiş Ştatlarda gördüklərimizə yaxın gəlmir. İnsanlar taliblərin və İŞİD-in bir gün Mərkəzi Asiyaya yayılacağından şübhələnirdilər, lakin ümumiyyətlə, terrorizm bu regionda, demək olar ki, digər regionlarda olduğu kimi, yaxud insanların şübhələndiyi dərəcədə möhkəmlənmədi. Buna görə də düşünürəm ki, dövlət, dini institutlar, vətəndaş cəmiyyəti və təhlükəsizlik orqanlarının bu çağırışlara necə reaksiya verdiyini araşdırmağa dəyər", - deyə Zenn qeyd edib.
Hər iki ekspert Mərkəzi Asiya ölkələrində təhlükəsizlik problemlərinin səbəblərini müəyyənləşdirmək və həll yollarını tapmaq üçün beynəlxalq və Qazaxıstan tədqiqatçıları arasında əməkdaşlıq üçün geniş bir sahə olduğunu qeyd etdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)