"21 Fevral Beynəlxalq Ana dili Günü" ilə əlaqədar Norveçin Oslo şəhərində Xanım Qasımova və Kəmalə Quliyevanın təşkilatçılığı ilə vebinar keçirilib - FOTO

"21 Fevral Beynəlxalq Ana dili Günü" ilə əlaqədar Norveçin Oslo şəhərində Xanım Qasımova və Kəmalə Quliyevanın təşkilatçılığı ilə vebinar keçirilib - FOTO

20 Fevral 2022-ci il tarixində "21 Fevral Beynəlxalq Ana dili Günü" ilə əlaqədar Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Həftəsonu məktəbinin və Bakı şəhərinin 220 saylı məktəb-liseyin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova və Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyevanın təşkilatçılığı ilə vebinar keçirilmişdir. Bakı şəhər 220 nömrəli məktəbin müəllimi Xanım Qasımova 21 Fevral Beynəlxalq Ana dili Gününün elan edilməsinin tarixindən məlumatı şagirdlərin nəzərinə çatdırmışdır. Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva Ana dilini qorumağı, sevməyi və bu dildə danışmağın vacib olduğunu vurğulamışdır. Görüşdə Oslodan, Belçikadan, Azərbaycandan iştirak edən şagirdlər Ana dili ilə bağlı aforizmlər, şeirlər söyləyib və mahnılar ifa etmişlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020