ÇEMPİONLA MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ -Ağaddin Babayev, Yardımlı (FOTO=4)

ÇEMPİONLA MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ -Ağaddin Babayev, Yardımlı (FOTO=4)

ÇEMPİONLA MƏKTƏBLİLƏRİN GÖRÜŞÜ-Ağaddin Babayev, Yardımlı (FOTO=4)

 

Fevralın 22-də Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən Çempionumuz layihəsi çərçivəsində M.R.Xanıyev adına Yardımlı şəhər 3 saylı tam orta məktəbdə cənab Prezident tərəfindən hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmiş, kantakt-karate idman növü üzrə 8 qat Azərbaycan çempionu, Avropa çempionu (2015) və dünya çempionu (2021) Valeh Həşim oğlu Sahratlı ilə məktəblilərin görüşü keçirilib.

 

AZpress.AZ xəbər verir ki, öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin baş məsləhətçisi Şəhriyar Şəbiyev, məktəbin direktoru Salman Qurbanov və müəllim-şagird heyəti iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər ölkədə idman və bədən tərbiyəsinin inkişafı üzrə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı danışaraq, yeniyetmə və gənclərin milli ruhda, vətənpərvər gənc kimi yetişməsində idman və bədən tərbiyəsinin də əhəmiyyətini vurğulayaraq onları fəal şəkildə idmanla məşğul olmağa dəvət ediblər.

 

Layihənin keçirilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzini və idmanı təbliğ etmək, müxtəlif səviyyəli idman yarışlarında qalib gələrək çempion tituluna yiyələnmiş idmançılarımızı daha geniş yeniyetmə və gənc auditoriyalara təqdim etmək, idman növləri haqqında yeniyetmə və gəncləri məlumtlandırmaq, yeniyetmə və gənclər arasında könüllülük prinsipləri ilə bağlı ilkin təsəvvürləri formalaşdırmaq məqsədi daşıyır.

 

Çempion Valeh Sahratlı görüşün iştirakçılarına keçdiyi idman yolu, qazandığı uğur, çətinliklər və nailiyyətlər haqqında ətraflı söhbət edərək, onları maraqlandıran sualları cavablandırıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020