Şəbnəm Tovuzlu: 5 kürküm var, hər birinin qiyməti 17.000 - VİDEO

Tovuzlu öncə çoxsaylı toy məclislərindən danışdı.


Demək olar ki, ayın 15 gününü Rusiyada toylardayıq. Amma vətənimizdə olsa daha yaxşı olar. Gedib gəlmək yorur insanı. Gedib gələrik amma 4-5 dəfə nəinki 15-20 toy o başqa.

Ifaçı çəkinmədən “youtube” kanalından qazandığı gəliri də açıqladı.

Ordan gələn gəlirə heç bir şübhəm yoxdur. Çünki mənim milyonluq kliplərimin gəliridir. Normalda olmayanda 5000 min dollar, 10000 manatdan  yüksək.

Baxımlı xanım, geyim və aksesuarlarına xərclədiyi məbləği də elə ürək açıqlığı ilə bölüşdü!

Aksesuarı çox sevirəm. Elə saatım var ki, onun 1500 manat qiyməti var. Elə boyunbağım var ki, gümüşdü, onun qiyməti 500 manatdı. Elə geyimim var ki, 100 manat da qiyməti var, 200 manat da. Deyim ki, hamısı 800-1000, yox, bu yalan olar. Evimdə bir otaq tək qarderobdu, ən yüksək paltarımın qiyməti 1800 manatdı. Daha sonra, 500-700-800-1000 manatlıq da var. Kürklərə gəlsək, 17000 manata qədər var. Sayca 5 kürküm var. Qarderobumda ən sevdiyim əl çantalarım, kabloklarımdı. 40-50 cüt bəlkə də daha çox ayaqqabım var. Ayaqqabımın ən yüksək qiyməti 300-400 manat olsun. 70-80-100-150 də var.

Ekranlara yaxın əyləşin. Əminik ki, müğənninin bu analizi şou-biznesə bomba kimi düşəcək!

Şou-biznesi nəyə bənzədirsiniz?

Şabalıdı tavaya tökürsən,  biri ordan, biri burdan partlayır, hamısı bir-birinin bəhsinə partlayır, axırda sonda hamısı bir yerdə bişir, yeyilir. Şou-biznes tavada partlayan şabalıddır. Kim nə edir onu təkrarlamağı çox sevirlər. Tam olaraq təkrarlamaq və təkrarladığı insanı bəyənməmək şou-biznesin adətidir. Üzdə bəyənmir amma 10 qatını təkrarlayır. Bax bu elə şou-biznesin şabalıdına bənzəyir. Axırda hamısı bir tavada qaynayır. Yenə də bir nəfər olur.


Keçid alaq başqa bir məsələyə. Xəbərdarsınız ki, Şəbnəm xanım bir pərəstişkarı üçün ev tikdirəcəkdi. Amma sən demə, ifaçı, bu istəyindən son anda vazkeçib. Səbəbini isə öz dilindən eşidək!!!

Elə insanlar var ki, elə təkliflər edirlər ki... Nələr?

O ev söhbətinə mən canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim ki, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, kuxna, hamamı. Hesabladım 18-20 min manata gəldi çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetoloji edəcəkdim. Açığı vazgeçdim. Çünki o insan başbaşqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020