Qarabağın yolları uşaqların gözü ilə rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb +FOTO=17

“Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb +FOTO=17

“Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb 

 

“22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı” günü münasibəti ilə agentlik tərəfindən keçirilən “Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri məlum olub.

Avtomobil yolları işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq keçirilən tədbir çərçivəsində rəsm müsabiqəsinin qalibləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən mükafatlandırılıb.

2022-ci il “Şuşa ili” elan olunduğu üçün müsabiqədə işğaldan azad edilmiş ərazilərin məktəbliləri iştirak edib.

Müsabiqədə 1-ci yerə Əliyeva Nəzrin Vasif qızı ( Füzuli rayonu), 2-ci yerə Təhməz Nihad Nahid oğlu (Laçın rayonu), 3-cü yerə Kərimli Nuray Səxavət qızı (Zəngilan rayonu) layiq görülüb.

Sonrakı 5 yeri tutan iştirakçıya isə həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, rəsm müsabiqəsinə ümumilikdə 150-dən çox rəsm təqdim olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020