Güləşçilərimiz mövsümün ilk reytinq xarakterli turnirinə qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərimiz mövsümün ilk reytinq xarakterli turnirinə qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Fevralın 24-də Türkiyənin İstanbul şəhərində 2022-ci il mövsümündə güləşin hər 3 növü üzrə ilk reytinq xarakterli turnirə start veriləcək. Söhbət Yaşar Doğu, Hamit Kaplan və Vehbi Əmrənin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdən gedir.

 

Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə,yunan-Roma güləşi üzrə millimiz bu yarışa baş məşqçi Aleksandr Tarakanovla böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında qatılacaq. Heyətə güləşçilərdən Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) cəlb edilib

 

Qadınlardan ibarət millimiz bəlli yarışa baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolovadan (65 kq) ibarət heyətlə qatılacaq.

 

Məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmanın heyətində isə İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) çıxış edəcək. Turnirə fevralın 27-də yekun vurulacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020