Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qazax milli musiqisinin təqdimatı keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=15)
Bu xəbəri paylaş
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qazax milli musiqisinin təqdimatı keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=15)
23 fevral 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında Qazaxıstan Milli İncəsənət Universitetinin "Musiqişünaslıq" ixtisası üzrə doktorantı Dana Turqunovna İbrahimin xarici elmi təcrübə çərçivəsində
"Qazax musiqi mədəniyyətində rəqabətçilik ənənəsi" mövzusunda olduqca maraqlı məruzə-konserti keçirildi.
D.İbrahim qazax folklor musiqisini, alətlərini video görüntülərlə təqdim edərək, "Aytıs" və "kyuy" janrları haqqında ətraflı məlumat verdi. Sonra milli alət olan dombrada qazax bəstəkarlarının əsərlərini ifa etdi.
Aytıs orketrinin ifası dinləyicilərin xüsusi marağına səbəb oldu.
Qeyd edək ki, tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova, "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafesrasının müdiri, "Musiqi dünyası" jurnalının redaktoru, professor Tariyel Məmmədov, Elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, "Musiqi tarixi" kafedrasının müdiri, professor Ülviyyə İmanova, Elmi katib, professor Leyla Məmmədova, "Əlavə təhsil" şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, əməkdaşı Firudin Əliyev, dosent Leyla Zöhrabova və BMA-nın tələbə heyəti iştirak edirdilər.
Təqdimatın sonunda Gülnaz Abdullazadə gənc doktoranta uğurlar arzu edərək, sertifikat təqdim etdi.
Dana İbrahim də öz növbəsində dinləyicilərə və BMA-nın bütün professor-müəllim heyətinə dərin təşəkkürünü bildirdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)














