Sadəcə ona dedim ki, mənim tanımadığım ailənin övladını evimizə gətirmə - VİDEO
Bu xəbəri paylaş
Gülüstan Əliyeva- MTV Azərbaycan kanalı- “Üzə-düz” proqramı
“Oğlum ailə quranda məsləhətli seçim oldu. Artıq gənc oğlan idi, biz oturub söhbət edirdik. Ona dedim ki, bax bizim ətrafımızda dostlarımız, qohumlarımız var. Üstəlik atanız tərəfindən bizə daxil olan dostlar var. Təbii ki, onların da ailəsində qız övladı var. Dedim bax və seçimini et. Düzdür, mən ona məcbur etmədim ki, bu belə olmalıdır. Sadəcə ona dedim ki, mənim tanımadığım ailənin övladını evimizə gətirmə. Bilirsiniz, mən övladımı təkbaşıma böyütmüşəm. Bəlkə də atası olsaydı, mən bu şeyləri deməzdim. Əlbəttə ki, hadisələr başqa cür cərəyan edərdi. Oğlumun həm atası, həm anası olaraq ata üzərinə düşən söhbətləri də mən danışmalıydım. Oğlum da sağ olsun, mənim məsləhətlərimi dinləyib, əməl edib. Ailə elə bir şeydir ki, bir dəfə seçib, bir dəfə ailə qurursan. Orda yanılmaq olmaz. Qayınana kimi lazımı olan yerdə sözümü deyirəm, məsləhətlərimi verirəm. Amma gəlinimlə rəfiqəyik. Hətta oturub dərdləşirik. Ailədə həmişə gəlinimin tərəfindəyəm ”.
“Bir foto paylaşdım, amma o xanım mənim qızım deyildi, bacımın qızı idi. Nə xoşbəxt olaydım ki, mənim qızım olaydı. 4-5 övladım olsun, mən bunu çox istəyərdim. Bir oğlum var, bunu da hamı bilir. O fotodan sonra çox pis rəylər oxudum. Ay insanlar, axı məsələnin əslini bilirsiniz. Təəssüf ki, o söz-söhbət bizi cəmiyyətdə gözdən salmaq üçün olur... Suallar yarandı ki, guya Gülüstan Əliyeva 2-ci dəfə ailə qurub, ya kimləsə yaşayır. Olmayan şeyləri yazmayın, ayıbdır. Mən də başqa sənət adamları kimi o yazarları məhkəməyə verib, təzminat da ala bilərəm. Amma mən bu şeyləri özümə yaraşdırmıram. Açıqlama isə ona görə vermədim ki, hər kəs həqiqəti bilir, mənimçün gülməli göründü...”.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)