Ukraynanın Azərbaycandakı səfirliyinin müraciəti
Bu xəbəri paylaş
Ukraynanın Azərbaycandakı səfirliyinin müraciəti
Hörmətli Azərbaycan jurnalistləri! Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünün başlanması ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi Bəyanatını mümkün qədər geniş şəkildə yaymağınızı xahiş edirik.
RF-nın Ukraynaya qarşı yeni təcavüz dalğasına dair Ukrayna XİN-nin bəyanatı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib. Rusiyanın hücum hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirmək və işğala nəzarət etməkdir.
Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass və Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir.
Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.
Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövlətə qəti cavab verməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər.
#prayforukraine
#ukraina
#СлаваУкраїні
#славаукраине
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)