Azər Həsrət: Xocalı qurbanlarının qanı tutacaq sizi!

Azər Həsrət: Xocalı qurbanlarının qanı tutacaq sizi!

Azər Həsrət: Xocalı qurbanlarının qanı tutacaq sizi!

 

Günlərdir Azərbaycanda və ondan kənarda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilir. Millət yenə də səfərbər olunub, bu acı tarixi günün unudulmasına imkan vermir. Bu gün – fevralın 23-dü də tədbirlərlə zəngin oldu. Və əlbəttə, fevralın 26-sı və ondan sonrakı günlərdə də belə tədbirlər olacaq.

 

Təbii ki, bu günlərdə biz Xocalını millətimizə yaşadanları lənətlə yad edirik. Hər kəsə bəllidir ki, Xocalı soyqırımı tək ermənilərin deyil, həm də Rusiyaya məxsus 366-cı alayın da “əsəridir”. Yəni rus əsgərləri də ermənilərlə birlikdə bizi qanımıza qəltan ediblər.

 

Ruslar bizi ondan öncə 20 yanvar 1990-cı ildə də, daha öncəki illərdə də qanımıza qəltan ediblər. Ümumiyyətlə isə Rusiya Azərbaycanı işğalı altında tutduğu 200 ilə yaxın müddətdə torpaqlarımızı talan edib, soydaşlarımızın soyunu qurudub. Bu, tarixdir. Başa düşürük ki, keçmişə ilişib qalmaq olmaz, irəli baxmaq lazımdır. Ona görə də dövlətimiz müstəqillik dönəmində Rusiya ilə bərabərhüquqlu tərəfdaş kimi davranır. Düzdür, ara-sıra anlaşılmazlıqlar da olur. Lakin Prezident İlham Əliyevin ustalığı sayəsində o anlaşılmazlıqlar da həll edilir.

 

Sözümüz isə bunda deyil. Rusiya fevralın 23-də vətən müdafiəçiləri gününü qeyd edir. Biz Sovet dönəmində bu günü Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü kimi bayram edərdik. Bilməzdik Sovet ordusunun mahiyyətini. Ona görə bayram edərdik. İndi isə dünya dəyişib, gerçəklər üzə çıxıb və bəlli olub ki, bu bayramını qeyd etdiyimiz ordu bizə daim zülm edib. Belə bir gerçəyi bildiyimiz halda, hələ rus ordusunun da birbaşa iştirakıyla törədilmiş Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycanlılar nə deyə 23 fevralla bağlı bayram edirlər? Hətta deyirlər ki, məktəblərdə belə bu “bayram”ı qeyd edənlər var. Haram olsun sizə bu ölkənin çörəyi, havası, suyu! Siz manqurtları Xocalı qurbanlarının ahı mütləq tutacaq! Hələ 44 günlük müqəddəs vətən savaşında şəhid olan igid vətən övladlarının ahı da tutacaq bu “bayram” sevdalılarını! Ölün, yerə girin ki, bir işğalçı ordunun gününü bayram kimi qeyd edirsiniz!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020