Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş "XOCALI TARİXİN QAN YADDAŞI" adlı tədbir keçirilib (AZpress.AZ, İ.Rüstəm, +FOTO=69)

Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş "XOCALI TARİXİN QAN YADDAŞI" adlı tədbir keçirilib (AZpress.AZ, İ.Rüstəm, +FOTO=69)

 

“EMEDIA GROUP” Media təşkilatı və "BAKI GƏNCLƏR MƏRKƏZİ" nin birgə təşkilatçılığı Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş "XOCALI TARİXİN QAN YADDAŞI" adlı tədbir keçirilmişdir.

 

Tədbir ilk öncə Elnurə və Aygün İsgəndərovanın Bədii rəhbərliyi ilə Rəsm sərgisi ilə açılış etdi.
Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

 

Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur.

 

Bu gun burda anım mərasimi etmə səbəbimiz əsas odur ki biz Xocalını unutmadıq..unudmayacağıq və unutdurmayacağiq.

 

Gecəyə qatılan iştirakçılar Xocalı Soyqırımı haqqında xatirələrini danışdılar və hər biri qeyd etdi ki, erməni terrorunun nəticəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmayacaq. Həmçinin Xocalı soyqırımının dünyada tanıdılması üçün hər bir Azərbaycanlı yüksək səviyyədə iş aparır və dövlətimizin buna yüksək dəstək göstərdiyini qeyd etdilər.

 

Və sonda Rəssamlar "XOCALI TARİXİN QAN YADDAŞI" adlı sərgidəki iştiraklarına görə sertifikatlarla təltif edildi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020