Orxan Fikrətoğlu: Ukrayna sonun başlanğıcıdır
Bu xəbəri paylaş
Orxan Fikrətoğlu: Ukrayna sonun başlanğıcıdır
Ukrayna tək özünə görə mücadilə etmir.Ukrayna səddinin arxasında keçmiş Sovet ölkələri və ümumiyyətlə Varşava paktının coğrafiyası gizlənib.Ukrayna işğal edildikdən sonra Avropa İttifaqının mövcudluğu da sual altına düşəcək.Əlbətdə ABŞ üçün köhnə qitəyə Avropanın nəzarət etməsi Rusiyanın nəzarət etməsindən yaxşıdır,amma Çin faktoruna görə prinsipial deyil.
Rusiya ilə Ukraynada ancaq Ukrayna savaşmayacaq.Müharibə uzandığı halda Rusiyanın daxilində belə narazılıqlar yaranacaq.
Putin yeni iradə ilə keçmiş tarixi bərpa etmək istəyir və anlayır ki bunu ancaq silahla edə biləcək.Dünyada beynəlxalq hüquq işləmir deyə onu ancaq öz diliylə danışdırmaq lazımdır. Məsələ burasındadır ki bu gün dünyada bunu edəcək dövlət yoxdur.
Ukrayna sonun başlanğıcıdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)