Lider "Araz" xal itkisiylə üzləşib, "Rekord Klub"sa rekorda imza atıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Lider "Araz" xal itkisiylə üzləşib, "Rekord Klub"sa rekorda imza atıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Lider "Araz" xal itkisiylə üzləşib, "Rekord Klub"sa rekorda imza atıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Futzal üzrə ölkə çempionatının yüksək liqasında sayca 13-cü olan daha bir tura yekun vurulub. Bakı İdman Sarayında keçirilən turun maraqlı və gözlənilməz nəticə ilə bitən oyunlarından biri çempionata şəriksiz liderlik edən "Araz Naxçıvan"la ortabablardan sayılan "Baku Fayr" arasında baş tutub. Görüşdə qalib aşkarlanmayınca (3:3) tərəflər hərəyə bir xalla kifayətlənib. Buni lider üçün xal itkisi kimi də qəbul etmək olar.

Turda ən böyük hesablı nəticə "Xilya" - "Rekord Klub" matçında qeydə alənıb. Rəqibini darmadağın edən "Rekord" sözün əsil mənasında rekorda imza atıb - 2:15.

Turun digər oyunlarında isə aşağıdakı nəticələr qeyde alınıb:
EKOL - Alyans - 4:1,
U-19 - "Neftçi" - 2:5.

Turnir cədvəlində vəziyyət belədir: Araz Naxçıvan – 37 xal, EKOL – 30, Neftçi – 25, Baku Fayr– 22, Alyans, Rekord Klub– hərəyə 12, U-19 – 10, Xilya – 6.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020