Rabitəbank ilin ən fəal bankları sırasında yer alıb

Ötən günlərdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2021” adlı tədbir baş tutub. İclasın sonunda ABA-nın nəzdində fəaliyyət göstərən fəal Ekspert Qruplarının mükafatlandırılması keçirilmiş və “Rabitəbank” ASC 5 nominasiya üzrə mükafata layiq görülmüşdür.


Rabitəbank, 2021-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyalarının qalibi olub.


"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020