İslam Abbasov Türkiyə Memorialında qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
İslam Abbasov Türkiyə Memorialında qızıl medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünən İstanbulda (Türkiyə) Yaşar Doğu, Vəhbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan güləş üzrə ənənəvi Memoriala start verilib. Güləşin hər üç növü üzrə keçirilən reytinq xarakterli bu Memoriala Azərbaycan güləşmiləri də qatılıblar. Turnirin ilk günü yunan-Romaçılar döşək üzərinə çıxıblar. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, start günü çəkisi 55, 60, 63, 67, 87, 97 və 130 kq olan pəhləvanlar mübarizə aparıblar. Maraqlıdır ki, ilk gündə döşək üzərinə çıxan 7 təmsilçimizdən üçü uğurla çıxış edərək, mükafatçılar arasında yer ala bilib. Qazanılan bir dəst (1-1-1) medalın qızıl əyarlısı 87 kq çəki dərəcəsində güləşən İslam Abbasovun payına düşüb. Abbasov zivəyə gedən yolda müvafiq ardıcıllıqla Özbəkistan, Qazaxıstan, Türkiyə və Serbiya güləşçisini üstələyib.
Gümüş medal yalnız həlledici final qarşılaşmasında büdrəyən Beka Kandelakinin (130 kq) aktivinə yazılıb. Qeyd edək ki, startda Yunanıstan, ardından Polşa təmsilçisini məğlub edərək yarımfinala yüksələn güləşçimiz bu mərhələdə isə türkiyəli rəqibini təmiz udub. Təəssüflər olsun ki, Kadelaki finalda üzləşdiyi digər türk idmançı ilə bacarmayıb. Güləşçimiz 1:3 hesablı məğlubiyyətlə üzləşincə gümüş medalla kifayətlənib. Yığmamızın aktivinə yazılan bürünc medalı isə Taleh Məmmədov (63 kq) qazanıb.
Bu gün daha daha 4 klsssikimiz mübarizə aparacaq. Onların arasında dünya çempionu və Tokio-2020-nin mükafatçısı Rafiq Hüseynov (82 kq) da yer alıb. Bir məqamı da qeyd edək ki, turnirin qalibi adını qazanan güləşçinin aktivinə 8000 reytinq xalı yazılır. Memoriala fevralın 27-də sərbəst güləşçilərin final qarşılaşmalarə ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




