UNUTMARIQ... (AZpress.AZ, Akif Ağayev, +FOTO=12)

 UNUTMARIQ...(AZpress.AZ, Akif Ağayev, +FOTO=12)

 

Masallı məktəblərində anım tədbirləri

 

 

Masallı rayonunun ümumi təhsil məktəblərində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Tədbirlər zamanı şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb, faciə haqqında şagirdlərə ətraflı məlumat verilib, 44 günlük Vətən müharibəsində xalqımızın birlik və rəşadətindən, Ali Baş Komandanımızın bu sahədə göstərdiyi hərbi və siyasi bacarığı, qətiyyəti və ordumuzun şücaəti nəticəsində torpaqlarımızın işğaldan tam azad olunması xüsusi vurğulanıb.

Şagirdlərin ifasında seirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Eyni zamanda məktəblərdə faciə ilə bağlı xüsusi dərslər, eləcə də şeir, rəsm, inşa müsabiqələri, bilik və idman yarışları keçirilib.

 

Akif AĞAYEV,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020