"Abşeron"la "Azərreyl"in növbəti qələbəsi -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Abşeron"la "Azərreyl"in növbəti qələbəsi -İNTİQAM təqdim edir (AZpress.AZ)
Qadın voleybol klublarının mübarizə apardığı Superliqada növbəti turun oyunları keçirilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan turda ( VIII ) çempionata liderlik edən "Abşeron" "Murov"u, ölkə voleybolunun flaqmanı olan "Azərreyl" isə UNEC-i sınağa çəkib. Baş məşqçisi Eldar Usubov olan lider rəqibinə heç bir şans vermədən "quru" hesablı qələbə qazanıb - 3:0 (17:25, 26:28, 20:25). Bu qələbdədn sonra "Abşeron" liderlik mövqeyini daha da möhkəmləndirib. Famil Ağayevin çalışdırdığı "dəmiryolçular" isə meydanı 3:1 (18:25, 25:18, 22:25, 13:25) hesablı qələbə ilə tərk edib.
Hazırda turnir cədvəlində vəziyyət belədir:
Abşeron – 24 xal (set fərqi 24-3), Azərreyl – 14 (17-15), Murov – 6 (10-20), UNEC – 4 (9-21).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

