Süleymanov İstanbulda gümüş, Hüseynovla Vəzirzadəsə bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Süleymanov İstanbulda gümüş, Hüseynovla Vəzirzadəsə bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Süleymanov İstanbulda gümüş, Hüseynovla Vəzirzadəsə bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin İstanbul şəhərində güləşin hər üç növü üzrə keçirilən və yunan-Romaçıların çıxışı ilə startı verilən Yaşar Doğu, Vəhbi Əmrə və Hamit Kaplan Memorialı davam edir. İlin ilk reytinq xarakterli bu turnirinin ikinci günü də Azərbaycan güləşçiləri üçün uğurlu olub. Beləki, ilk gündə bir dəst (1-1-1) medal qazanan yığmamızın üzvləri ikinci gündə isə biri gümüş, ikisi bürünc əyarlı olmaqla daha üç medal qazanıblar. Qazanılan gümüş medal yalnız həlledici final qarşılaşmasında türkiyəli Yunis Əmrə Başarla görüşdə büdrəyən (1:2) Sənan Süleymanovun (77 kq), "bürünclər" isə Tuncay Vəzirzadə ilə Rafik Hüseynovun (hər ikisi 82 kq) aktivinə yazılıb. Hüseynov bürünc uğrunda keçirilən kiçik finalda qazaxıstanlı İlimdor Satayevi 11:0, Vəzirzadə isə Raxmet Sapiyevi (Qazaxıstan) 7:1 hesabla üstələyib.
Bununla da Azərbaycan klassikləri sözügedən Memorialı 6 (1-2-3) medalla başa vurublar. Yığmanın aktivinə yazılan yeganə qızıl medalı İslam Abbasov (87 kq) qazanıb.
Yeri gəlmişkən, bu gün isə döşək üzərinə 4 qadın və 8 sərbəst güləşçimiz çıxacaq. Reqlamentə görə, qalib adını qazanan güləşçi 8000 reytinq xalı əldə edəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020