Yığma komandamız Avropa Kubokunda birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığma komandamız Avropa Kubokunda birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığma komandamız Avropa Kubokunda birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Polşanın paytaxtı Varşavada cüdo üzrə keçirilən Açıq Avropa Kuboku Azərbaycanın kişi komandası üçün uğurlu olub. Belə ki, turnirə 13 kişi cüdoçu ilə qatılan yığmamız aktivinə yazdığı iki qızıl, bir gümüş və iki bürünc medalla medal qazanan ölkələr arasında birinci yeri tutub. Xatırladaq ki, qazanılan qızıl medallar Əhməd Yusifovla (60 kq) İbrahim Əliyevin (66 kq), "gümüş" finalda öz komanda yoldaşına uduzan İsmayıl İbrahimovun (66 qk), "bürünclər" isə Rövşən Əliyevlə (60 kq) İmran Yusifovun (+100 kq) aktivinə qazılıb. Bu göstərici ilə kişi komandamız Polşa, Almaniya, İspaniya, ABŞ, Gürcüstan və sair bir sıra ölkələri geridə qoymaqla birinci yeri tutub.

Ümumi komanda hesabında isə Azərbaycan (2-1-2) beş medalla Yaponiya (3-1-1) və Gürcüstandan (3-0-1) sonra üçüncü yeri tutub. Xatırladaq ki, Azərbaycan bu yarışda yalnız kişi cüdoçularla təmsil olunub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020