"Neftçi" ilə MOİK "Murov"u liderlikdən salıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Neftçi" ilə MOİK "Murov"u liderlikdən salıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Neftçi" ilə MOİK "Murov"u liderlikdən salıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
 

Kişi voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının yüksək liqasında sayca 8-ci olan növbəti turun oyunları keçirilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan turda "Neftçi" "Sərhədçi"ylə, MOİK "Ekspress" ilə üzləşib. Turun nəticəsində asılı olaraq, yarış cədvəlində lider dəyişikliyi olub. Belə ki, "Sərhədçi"ni 3:0 (19:25, 11:25, 23:25) hesabla məğlub edən "Neftçi" aktivindəki xalların sayını 16-ya çatdırmaqla birinci pilləyə yüksəlib. Bu turda MOİK də fürsəti qaçırmayıb. Hesabat turuna qədər yarış cədvəlinə vahid liderlik edən "Murov"un oynamadığı turda MOİK "Ekspress"i quru hesabla məğlub edərək ikinci pilləyə yüksəlib - 3:0 (25:12, 25:21, 25:19). Nəticədə isə "Murov" üçüncü yerə düşüb.

Hazırda komandaların yarış cədvəlindəki vəziyyəti belədir: Neftçi - 16 xal (set fərqi 18-7), MOİK - 15 (16-8), Murov - 14 (16-6), Ekspress – 3 (3-15), Sərhəddçi – 0 (1-18).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020