Alyona Kolesnik İstanbul turnirində bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Alyona Kolesnik İstanbul turnirində bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Alyona Kolesnik İstanbul turnirində bürünc medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin İstanbul şəhərində güləşin hər üç növü üzrə keçirilən Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan Memorialı başa çatıb. Reytinq xarakterli bu turnirin üçüncü günü qadın güləşçilərimiz mübarizəyə qatılıblar. Qeyd edək ki, 4 təmsilçimizdən yalnız biri - Alyona Kolesnik (59 kq) uğurla çıxış edərək bürünc medal qazana bilib. O, startda moldovalı Avropa çempionu Anastasiya Nikitaya uduzsa da (0:2) rəqibin finala çıxması güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Bu görüşləri uğurla keçirən Kolesnik sonda isə bürünc medal uğrunda rumıniyalı Katerina Jidaçevskanı məğlub edib - 8:2.
Digər təmsilçilərimizə gəlincə, Türkan Nəsirova (50 kq) ilk görüşdə, Tatyana Varanova (59 kq) 18 finalda, Elis Manolovasa (65 kq) əvvəlcə yarımfinalda, sonra isə bürünc medal uğrunda keçirilən kiçik finalda uduzaraq, turnirlə əliboş vidalaşıb. Qeyd Elis Manolova həm yarımfinalda, həm də bürünc medal uğrunda keçirdiyi görüşdə AÇŞ təmsilçilərinə uduzub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020