Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub +FOTO=4
Bu xəbəri paylaş
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyasının kiçik elmi işçisi, “Biotexnologiya” ixtisası üzrə II kurs dissertantı Aysu-Şövkət Həsənova 02.10.2021-25.12.2021 tarixlərində Türkiyədə elmi ezamiyyətdə olub. O, “İnduksiya edilən sistemlərdən istifadə etməklə Endo H deqlikozilləşmə fermentini ekspressiya edən stabil Nicotiana benthamiana transgen bitkisinin yaradılması” mövzusunda tədqiqatlarını Akdeniz Universitetinin Ziraat Bolümünün Biotexnologiya laboratoriyasında, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi altında aparıb. Ezamiyyət müddətində A.Həsənova eyni zamanda rekombinant proteinlərin sintezi və təmizlənməsi üçün Nicotiana Benthamiana bitkisinə Agro infiltrasiya, Western Blot ilə ekspressiya analizi, Ni-NTA Affin xromotoqrafiyası, SDS-PAGE ilə rekombinant protein analizi, immunosorbent test analizi kimi mühüm tədqiqat metodlarını mənimsəyib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



