Qan durulducu dərmanlardan kortəbii, istifadə orqanizm üçün çox zərərlidir - VİDEO

Qan durulducu dərmanlardan kortəbii, istifadə orqanizm üçün çox zərərlidir - VİDEO

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova  ATV telekanalının ATV-nin “Səhər” proqramına  bu mövzuda müsahibə verib. Mərkəzi Gömrük Hospitalının youtube kanalında videosüjeti izləyin. https://youtu.be/JI1dy3fHTvo

Son vaxtlar COVİD-19 təhlükəsindən qorunmaq üçün insanlar müxtəlif dərman preparatlarından kortəbii surətdə: dost və tanışlarının, qohumlarının məsləhəti ilə istifadə edirlər. Bundan yaranan fəsadların ağırlığı barədə isə düşünmürlər. Əksər insanlar bu dərmanları xəstələnməmiş və ya xəstəliyin simptomlarını müşahidə etdikləri zaman profilaktika məqsədilə qəbul edirlər. Bu dərmanlar arasında qanı duruldan preparatlar da var.

Qan durulducu dərmanlardan kortəbii, “lazım oldu-olmadı” istifadə orqanizm üçün çox zərərlidir. Qan durulducu dərmanların içərisində ən çox yayılmışları aspirin kardio, kardiomaqnil kimi preparatlardır. Bu dərmanlardan geniş istifadə olunarsa, bu zaman mədə-bağırsaq qanaxmalarına, mədə xoralarının yaranmasına,  böyrək çatışmazlığına və bir çox xroniki xəstəliklərə səbəb ola bilər. Laborator müayinələr aparılmadan qan durulduculardan istifadə olunarsa, bunun orqanizmə xeyrindən çox, ziyanı dəyə bilər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020