Şəhriyar Məmmədyarov yeni reytinqdə iki pillə irəliləyib, Teymur Rəcəbovsa əvvəlki mövqeyində qalıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov yeni reytinqdə iki pillə irəliləyib, Teymur Rəcəbovsa əvvəlki mövqeyində qalıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının yeni reytinq cədvəlini (klassik, rapid və blits üzrə)elan edib. Şahmatın klassik növü üzrə yeni cədvəldə Azərbaycan şahmatının hazırki lideri olan Şəhriyar Məmmədyarov (2776) iki pillə irəliləyərk, Top-10-da 7-ci yerə qalxıb. Məmmədyarovdan fərqli olaraq, Teymur Rəcəbov (2753) 14-cü pillədəki yerini dəyişməyib. Top-100-də yer alan digər şahmatçılarımıza gəlincə, Qədir Hüseynov (2661) 72-ci, Rauf Məmmədovsa (2656) 80-ci pillədə qərar tutub. Cədvələ norveçli dunya çempionu Maqnus Karlsen (2864) liderlik edir.

 

Dünya çempionunun 2847 xalla liderlik etdiyi rapid üzrə reytin cədvəlində Azərbaycan şahmatçılarından Rəcəbov (2747) 10-cu, Məmmədyarov (2722) 17-ci, Eltac Səfərli (2650) 57-ci, Nicat Məmmədovsa (2624) 92-cidir.

 

ABŞ təmsilçisi Xikaru Nakamuranın (2850) birinci yeri tutduğu blits üzrə cədvələ gəlincə, Məmmədyarov (2769) 9-cu, Rəcəbov (2705) 27-ci, Rauf Məmmədov (2666) 42-ci, Vüqar Əsədli (2635) 66-cı, hazırki Azərbaycan çempionu Məhəmməd Muradlı (2611) isə 92- pillədə yer alıb.
Qadın şahmatçıkların vəziyyətinə gəlincə, klassik şahmatda ən yaxşı göstərici Günay Məmmədzadəyə (2445) məxsusdur. O, bu göstərici ilə Top-100-də 25-cidir. Gülnar Məmmədova (2387) 64-cü, Xanım Balacayeva (2376) isə 77-cidir.

 

Yığma komandalarin reytinq cədvəlinə nəzər salsaq, aktivində 2651 xalı olan Azərbaycanın Top-10-da Rusiya, Böyük Britaniya, Çin, Hindistan və Ukraynadan sonra 6-cı yerdə olduğunu görərik.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020