Sağlam həyat tərzinin təbliği (AZpressAZ - Akif Ağayev,+FOTO=7)
Bu xəbəri paylaş
Sağlam həyat tərzinin təbliği (AZpressAZ -Akif Ağayev, +FOTO=7)
Masallıda “İdman həftəsi” layihəsi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "İdman həftəsi" layihəsi çərçivəsində (27 fevral – 5 mart) Masallıda müxtəlif idman növləri üzrə silsilə tədbirlər keçirilir.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Masallı Rayon Gənclər və İdman İdarəsinin, rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin, rayon təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən yarış, müsabiqə, turnir, görüş, təlim, nümunəvi çıxışlar və s. tədbirlərdə idmançılarla yanaşı yeniyetmə və gənclər, məktəblilər aktiv iştirak edirlər.
Layihənin təşkilində məqsəd idmana olan marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü .
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






