Bank BTB-nin Pusuz Visa Platinum kartları ilə xanımları sevindirin

Bank BTB rəqəmsal ödənişlərin genişləndirilməsi yönündə aparılan tədbirlərdə aktivliyini və xanımların bayram sevincini artırmaq məqsədilə yeni kampaniyaya start verib. Qeyd edək ki, bank Beynəlxalq Qadınlar Gününə özəl olaraq 02.03.2022 - 07.03.2022 tarixlərində müraciət edən müştərilərə 2 ədəd pulsuz Visa Platinum kartı təqdim edir.

Belə ki, müştəri 200 AZN məbləğində vəsaiti karta mədaxil edərək Visa Platinum kartı pulsuz əldə edir. Bundan əlavə, müştərimiz heç bir mədaxil etmədən 2-ci pulsuz VİSA PLATİNUM kartı özü ilə yaxınlaşmış xanıma hədiyyə edə bilər.

Bank BTB bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə sağlam və taravətli qalmaları diləyilə ən xoş arzularını bildirir.

Bank BTB-nin təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər bankın onlayn müraciət kanalları olan FacebookInstagram səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020