Şəhriyar Məmmədyarov Qran-Priyə sülhlə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Şəhriyar Məmmədyarov Qran-Priyə sülhlə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Serbiyanın paytaxtı Belqradda şahmat üzrə FİDE Qran-Prisinin ikinci mərhələsinə start verilib. Qeyd edək ki, Dünya Şahmat Tacı uğrunda keçiriləcək iddiaçılar turnirinə seçmə xarakteri daşıyan bu mərhələ yarışında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla, 16 zəka sahibi mübarizəyə qatılıb. İlkin mərhələdə şahmatçılar hərəsində 4 nəfər olmaqla 4 qrupda mübarizə aparacaq. Ardından qrup liderləri mübarizəni pley-offda (yarımfinalda) davam etdirəcəklər.
Xatırladaq ki, Məmmədyarov turnirin D qrupunda fransalı Maksim Vaşye-Laqrav, çinli Yu Yanq və rusiyalı Aleksandr Predke ilə mübarizə aparacq. Qrup oyunları dairəvi olmaqla iki dövrədən ibarət olacaq. Həmyerlimiz artıq yer aldığı qrupda ilk oyununu keçirib. Çin təmsilçisi Yu Yanqla görüş heç-heçə başa çatıb. Yeri gəlmişkən, reqlamentə uyğun olaraq, qrup qalibləri və eləcə də finala çıxan şahmatçılar aktivlərinə 7+7 olmaqla 14 xal yazmış olacaqlar. Qran-Prinin qalibi isə daha 13 xal qazanacaq.
Bir məqamı da qeyd edək ki, FİDE Qran-Prisi 3 mərhələdən ibarətdir. Burada 24 çahmatçı mübarizə aparacq. Hər bir Qran-Pridə isə yalnız 16 nəfər iştirak edir. Ümumiyyətlə, 24 iştirakçıdan hər biri yalnız iki mərhələdə oynaya bilər. Yekunda isə ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirində iştirak etmək hüququ qazanmış olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
