Təhsil naziri Lənkəranın ucqar Jidi dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə görüşüb

Təhsil naziri Lənkəranın ucqar Jidi dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə görüşüb

Martın 2-də Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.
 

Məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.
 

Nazir həmçinin son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən
ucqar dağ kənd məktəbinin  müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.
 

Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə  yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib.
 

Təhsil nazirinin Lənkərana səfəri davam edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020