Təhsil naziri Lənkəranda STEAM Mərkəzinin açılışında iştirak edib - FOTO

Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkəran şəhərinə səfər edib.

Səfər çərçivəsində Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Lənkəran rayonunun kəndlərindən, eləcə də Masallı, Astara, Lerik və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.

Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Həmçinin fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020