"Abşeron" "Azərreyl"i, "Murov"sa UNEC-i məğlub edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Abşeron" "Azərreyl"i, "Murov"sa UNEC-i məğlub edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Abşeron" "Azərreyl"i, "Murov"sa UNEC-i məğlub edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən qadın voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Super Liqasında VIII turun təxirə salınan oyunları keçirilib və bununla da III dövrəyə yekun vurulub.

 

Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan oyunlardan birində ölkə voleybolunun flaqmanı olan “Azərreyl” hazırda çempionata şəriksiz liderlik edən “Abşeron”la qarşılaşıb. Görüş Eldar Yusubovun komandasının üstünlüyü ilə başlayıb. İk hissəni 25:16 hesabı ilə aktivinə yazan "Abşeron" növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirməklə 3 xalı 3 setlə qazanıb - 3:0 (25:16, 25:21, 25:16).

 

Günün ikinci matçında UNEC “Murov”la görüşüb. Bu matçın qalibi isə tay-brekdə bəlli olub. Birinci hissədə rəqibinə 21:25 hesabı ilə məğlub olan Vüqar Əliyevin komandası növbəti 2 setdə 25:16, 25:16 qalib gəlib. Dördüncü hissəni UNEC komandası 28:26 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn “Murov” görüşün hesabını müəyyənləşdirib – 3:2 (25:21, 16:25, 16: 25, 28:26, 11:15).

 

Beləliklə də, geridə qalan 3 dövrədən sonra “Abşeron” 27 xalla turnir cədvəlində liderlik məvqeyini daha da məhkəmləndirib. Aktivində 14 xalı olan “Azərreyl” ikinci pillədə qərarlaşıb. 8 xala malik “Murov” üçüncü, 5 xalı olan UNEC isə dördüncü yerdədir.

 

Azərbaycan Voleybol Federasiyasından aldığımız məlumata görə, Super Liqanın nəticələri 4 dövrənin yekununa əsasən müəyyənləşəcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020