Tahir Əmiraslanov: "Dolma"nın kimə məxsus olması isbatlandı
Bu xəbəri paylaş
Tahir Əmiraslanov: "Dolma"nın kimə məxsus olması isbatlandı
Çox, lap çox sevinirik. Yeni kitabımız çapdan çıxdı.İki dildə.
Bu kitabda hansısa yeməyin mənsubiyyətini göstərən , dünyada tam yeni olan , tərəfimizdən yaradılmış metodika verilib.
Mündəricatdan gördüyünüz kimi məsələnın açılışından sonra 9 elmi istiqamətdən “dolmanın” kimə məxsus olması kompleks şəkildə isbatlanır.
Bu kitabdakı yanaşmaya bütün dünyadakı ermənı alim, mütəxəsisləri birlikdə belə cavab verə bilməyəcəklər.
Kitabda daha çox elə erməni alim və mütəxəsislərinə istinad edilir.
Mətbəximizin qorunmasında və inkişafında kitab xüsusi əhəmiyyətə malikdir.
Milli mətbəximizin pasportlaşdırılması zamanı bu istiqamətlərə hər xörək üçün mikrobioloji,qida fizikası, kimyəvi və fizioloji istiqamətlərin də əlavə edilməsini vacib hesab edirik.
Kitabda istifadə edilən 134 mənbənin hamısı müəllıfin şəxsi kitabxanasındandır.
Kitabda hər dildə 87( bunlardan 7 səh şəkildir) səh. var.
Çox arzu ederdim ki, ölkəmizdə daha kimsə hansısa başqa bir xörəyimiz barədə belə bir kompleks yanaşma ortaya qoya biləydi.
Metodikasını verdik. Hünəri olanlar irəli!
Hə , bir də daim bizdə qüsur axtaranlar üçün kitabda iki texniki güsur var.( bir yerdə mətnin yerləşdirilməsində və bir fotoda) .
Düşünürəm ki, heç olmazsa bu qüsurlara görə sevinəsiniz.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




