Azərbaycan Ağsaqqallar Şurasının sədri Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb (AZpress.AZ, İ.Rüstəm, +FOTO=4)

Azərbaycan Ağsaqqallar Şurasının sədri Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb (AZpress.AZ, İ.Rüstəm, +FOTO=4)

Azərbaycan Ağsaqqallar Şurasının sədri Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb (AZpress.AZ, İ.Rüstəm, +FOTO=4)

 

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub. Görüş zamanı Türkmənistan və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti, bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Ölkələrimizi tarixi dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkmənistan səfirinə Şuranın fəaliyyəti barədə məlumat verib. O, həmçinin, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistan Respublikasının Prezidenti cənab Qurbanqulu Berdimuhammedovun apardığı uğurlu xarici siyasət nəticəsində iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və gələcəkdə xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsi bizim əsas vəzifələrimizdən biridir.

 

Görüşdə hər iki ölkənin Ağsaqqallar Şuraları arasındakı əməkdaşlıq fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin artırılması istiqamətində atılacaq mühüm addımlar, gələcək planlar müzakirə edilib. Əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətindən söhbət açılıb.
Görüşün sonunda Eldar Quliyev səfirliyin fəaliyyətinə, həmçinin qardaş türkmən xalqına uğurlar arzulayıb, səfir Mekan İşanqulıyev isə xatirə hədiyyəsi təqdim edərək qonaqpərvərliyə və səmimi münasibətə görə öz minnətdarlığını bildirib.

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020