Masallıda ağacəkmə aksiyası Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Masallıda ağacəkmə aksiyası
Martın 3-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Köhnə Alvadı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
Növbəti ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, YAP rayon təşkilatının rəhbər şəxsləri və əməkdaşları, şəhid valideynləri, könüllülər, ictimaiyyət və KİV nümayəndələri fəal iştirak ediblər.
Ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçiriləcəyini vurğulayan RİH başçısı Ş.Məmmədov diqqətə çatdırıb ki, bu gün əkilən ağaclar vaxtlı-vaxtında mühafizə olunmalı, suvarılmalı və qorunmalıdır...
Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində iməcilik iştirakçıları tərəfindən Köhnə Alvadı – Güllütəpə yolu boyunca 1050 ədəd şam və sərv ağacı tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)









