Şəhid cüdoçuların xatirəsinə həsr olunmuş birinciliyə yekun vurulub - AZpress.AZ, Akif Ağayev, +FOTO=5

Şəhid cüdoçuların xatirəsinə həsr olunmuş birinciliyə yekun vurulub - AZpress.AZ, Akif Ağayev, +FOTO=5

Şəhid cüdoçuların xatirəsinə həsr olunmuş birinciliyə yekun vurulub - - AZpress.AZ, Akif Ağayev, +FOTO=5

 

MASALLIDA

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə və şəhid çudoçuların xatirəsinə həsr olunmuş cüdo üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

 

Masallı Olimpiya İdman Kompleksində təşkil olunan yarışlar öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

 

Sonra rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov yarış iştirakçılarını və şəhid valideyinlərini salamlayaraq tədbirin keçirilməsində əsas məqsədin Masallının şəhid cüdoçularını xatirəsinin əziz tutulması, idmanın kütləviliyi və sağlam həyat tərzinin təbliğindən ibarət olduğunu bildirib.

 

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhid valideyinləri Bayram Əsgərov, Rauf Həsənov, Balarəzi Nəhmətov tədbirin təşkilatçılarına minnətdarlıqlarını, övladlarının qəhrəmanlığına görə şərəf duyduqlarını bildiriblər.

 

“Masallı Electronic”in rəhbəri Ruslan Bağışov yarış iştirakçılarına uğurlar arzulayıb.

 

80-ə yaxın idmançının iştrak etdiyi birincilik gərgin mübarizə şəraitində keçib.

 

Qalib cüdoçular təşkilat komitəsinin diplom və medalları, şəhid valideyinləri və tədbirin keçirilməsində maddi və mənəvi dəstəyə görə “Masallı Electronic”in rəhbəri Ruslan Bağışov Təşəkkürnamə ilə təltif edilib.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020