Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş
Bu xəbəri paylaş
Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş
Masallıda, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Layihənin qonaqları sərbəst güləş üzrə idmançılar – yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının kapitanı, dünya çempionatının gümüş mükafatçısı, idman ustası Ruzanna Səxavət qızı Məmmədova, böyüklərdən ibarət milli yığmanın üzvü, gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı Rahid rahim oğlu Həmidli və böyüklərdən ibarət ölkə millisinin üzvü, beynəlxalq turnir və Azərbaycan birinciliyinin mükafatçısı Zəfər Cəlal oğlu Əliyev olub.
Tədbirdən əvvəl Qəhrəmanlar Parkındakı şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə müəllim və şagirdlərlə yanaşı rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, idmançılar, media nümayəndələri iştirak ediblər.
Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğısından söz açaraq, ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını, gənclərimizin yaradılan bu şəraitdən istifadə edərək sağlam, möhkəm iradəli, vətənpərvər ruhda yetişdiyini diqqətə çatdırıb.
“Çempionumuz” layihəsinin məqsədi barədə açıqlama verən S.Cahangirov idmançılara növbəti yarışlarda da Azərbaycanın üçrəngli bayrağını uca zirvələrdə dalğalandırmağı arzulayıb.
Rayon gənclər və idman idarəsinin rəis müavini Oktay Mütəllimov dəvət olunan idmançılar barədə məlumat verib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, sərbəst güləş üzrə baş məşqçi Təhmasib İsayev Dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyilə idmana göstərilən diqqət və qayğısından söz açaraq, idmançılarımıza gələcək yarışlarda uğurlar arzulayıblar.
Növbəti mötəbər yarışlara hazırlıqları barədə məlumat verən idmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb, tədbirin təşkilatçılarınıa minnətdarlıqlarını bildiriblər.
Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən Ruzana Məmmədova 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Fəxri fərman və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyə ilə, Rahid Həmidli və Zəfər Əliyev Fəxri fərmanla təltif edilib.
Sonda xatirə şəkilləri çəkilib.
Akif VAQİFOĞLU,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








