Səfir Xəzər Fərhadov Pakistanın Pəncab əyalətinin valisi ilə görüşüb

Səfir Xəzər Fərhadov Pakistanın Pəncab əyalətinin valisi ilə görüşüb

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Pəncab əyalətinin valisi Çaudri Məhəmməd Sərvər ilə görüşüb.


Səfir Xəzər Fərhadov səmimi qəbula görə təşəkkürünü ifadə edərək yüksək səviyyəli Azərbaycan-Pakistan münasibətlərindən söhbət açıb. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini qeyd edən səfir iqtisadi-ticari əlaqələrin daha da  genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda son dövrlərdə aparılan işlərdən söz açan X.Fərhadov iki ölkə arasında baxılmaqda olan Preferensial Ticarət Sazişi, eləcə də yaradılacaq enerji, bank, səhiyyə, gənclər, nəqliyyat, informasiya texnologiyaları və turizm üzrə işçi qruplarını xüsusilə diqqətə çatdırıb. Asan viza xidmətindən Pakistan vətəndaşlarının artıq yararlana bildiyini, həmçinin  Pakistan Hava Yollarının cari ayın ortalarından etibarən Azərbaycana birbaşa aviareyslərə başlayacağını elan etdiyini qeyd edən səfir bəhs olunan məsələlərin hər iki ölkənin turizm sahəsinin daha da inkişaf etməsinə töhfə verəcəyini diqqətə çatdırıb.


Pəncab əyalətinin valisi Çaudri Məhəmməd Sərvər Azərbaycan-Pakistan səmimi münasibətlərindən məmnunluğunu ifadə edib və ətraflı məlumatlara görə səfir Xəzər Fərhadova öz təşəkkürünü bildirib. İqtisadi əlaqələrin vacib olduğunu vurğulayan vali Pakistanın işadamlarından ibarət nümayəndə heyətini Azərbaycana işgüzar səfərə aparmağa hazır olduğunu diqqətə çatdırıb. Azərbaycan və Pakistan xalqlarının bir-birinə olan sevgi və hörmətini xüsusilə vurğulayan Çaudri Məhəmməd Sərvər insanlararası əlaqələrin əhəmiyyətinə toxunub və Azərbaycana səfər etmək niyyətinin olduğunu da bildirib.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020