Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi Almaniyanın Bonn Universitetində elmi ezamiyyətdə olub +FOTO=3

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi Almaniyanın Bonn Universitetində elmi ezamiyyətdə olub

 

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Rüstəmova 15.02.2022-28.02.2022 tarixlərində Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda (INRES) Bitki Genetikası və Biotexnologiyası Departamentində elmi ezamiyyətdə olub. Ezamiyyənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2020-ci ilin əsas qrant müsabiqəsinin qalibi olmuş "Buğdada quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması" layihəsi çərçivəsində buğda genotiplərində DREB geninin sekvens edilərək in silico analizlərinin aparılması olmuşdur. S. Rüstəmova buğdanın 3D xromosomunda yerləşən DREB geni üçün spesifik SNP-ləri aşkar edərək onlar əsasında genom spesifik praymerlər dizayn etmişdir. Müvafiq ölçülərdə amplikonlar geldən təmizlənərək sekvens edilmişdir. Sekvens məlumatları DNASTAR Lasergene bioinformatik proqram təminatının SeqMan Pro və SeqBuilder Pro proqramları ilə analiz edilmişdir. Yerli genotiplərdə DREB transkripsiya faktoru geni üçün genetik xəritənin yaradılması nəzərdə tutulmuşdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020