"Araz" "Rekord" üzərində rekord vurdu -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Araz" "Rekord" üzərində rekord vurdu -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında növbəti turun oyunlarına start verilib. Sayca 15-ci olan bu turun ilk oyunu çempionata şəıriksiz liderlik edən "Araz Naxçıvan"la "Rekord Kulub" arasında baş tutub. Görüş əvvəlcədən gözlənildiyi kimi liderin qələbəsi ilə başa çatıb. Oyunda darmadağın hesablı üstünlüyə malik olan "Araz" "Rekord" üzərində sözün əsil mənasında rekorda imza atıb - 15:0. Turun ikinci və həm də mərkəzi oyunu yarış cədvəlində müvafiq ardıcıllıqla 2-ci və 3-cü yeri tutmaqla qonşu olan EKOL-la "Neftçi" arasında olub. "Qonşularən" oyununda da gözlənilən nəticə qeydə alınıb. EKOL 3:1 hesablı qələbə qazanınca ikinci pillədəki mövqeyini bir qədər də məhkəmləndirib. Turun daha bir oyununda isə "Baku Fayr" "Alyans"ı üstələyib - 3:0.
Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir:
"Araz Naxçıvan" - 40 xal, EKOL - 33 xal, "Neftçi", "Baku Fayr" - hərəyə 25 xal, "Rekord Klub", "Alyans" - hərəyə 12 xal, U-19 10 xal, "Xilya" - 6 xal
Qeyd turnir cədvəlində U-19 - "Xilya" matçının nəticəsi qeyd edilməyib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


