Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub Akif Ağayev (AZpress.AZ)

Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub Akif Ağayev (AZpress.AZ)

 Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bayram münasibətilə qadınları təbrik edərək, onların cəmiyyətdəki rolundan söhbət açıb. Rayon rəhbəri çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusi vurğulayıb. Natiq bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb. İcra başçısı qeyd edib ki, Masallı qadınları da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə həvəslə işləyirlər: “Qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərə yardımcı olan böyük qüvvədirlər. Qadınlar Vətənə layiqli vətəndaş, vətənpərvər insan yetişdirən və onlara tərbiyə verən anadırlar. İstərdik ki, həyatlarının bütün günü onlar üçün bayram olsun. Çünki bütün qadınlar, xüsusilə analar bütün bayramlara layiqdirlər...”
Masallı RİHB-nin müavini Aybəniz Qafarova çıxışında bildirib ki, Azərbaycan qadını illər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub saxlanmasınıda tariximizə öz uzaqgörənliyi, fədakarlıq və qəhrəmanlıqları ilə parlaq səhifələr yazmış xanımlardır: “Gözəl ana kimi gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmasında qadınlaımızın böyük zəhməti olmuşdur. Bunun bariz nümunəsidir ki Ali Baş Komandanın rəhbərliyilə başlanan 44 günlük Vətən müharibəsi zamanı qadınlarmızın yetişdirdiyi övladlar öz canlarını ortaya qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi və şanlı tarix yazıldı. Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində qadınlarımızın böyük zəhməti vardır. Bu gün gənc qızların qayğıkeş ana kimi formalaşmasında onların ailə dəyərlərinin qorunmasında şəhid analarının keçdiyi həyat yolu və yetişdirdiyi övladlar hər bir zaman örnək olmalıdır...”
Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova, Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı Rayon Xəstəxanası PHŞ-də baş tibb bacısı Leyla Məmmədova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi Səbinə İbrahimli və başqaları bayram münasibətilə xoş arzularını bildirərək, Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışıblar, qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və icra başçısına dərin minnətdarlıqlarını bildirıblər.
Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020