Masallıda şəhid analarının iştirakı ilə Beynəlxalq Qadınlar Günü Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Masallıda şəhid analarının iştirakı ilə Beynəlxalq Qadınlar Günü
Masallı rayonunda şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Masallı rayonu Ərkivan qəsəbəsi Qızlaküçə kənd məscidi dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda yaşayan şəhid ailələri, Masallı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsul işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Masallı rayonunun Qəhrəmanlar parkında Şəhidlər abidə-komleksi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.
Sonra isə tədbirin rəsmi hissəsi başlayıb.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, başçının müavini Aybəniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova və başqaları çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə qazanılan böyük Qələbədən, şanlı ordumuzun rəşadətindən, qəhrəman igidlərimizin fədakarlığından danışaraq, şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Şəhid anaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya onlara göstərilən diqqət və qayğıya görə, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












