Məmmədyarovun Qran-Pridəki "sülh" danışıqları davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovun Qran-Pridəki "sülh" danışıqları davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovun Qran-Pridəki "sülh" danışıqları davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Serbiyanın paytaxtı Belqradda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla, 16 şahmatçının iştirakı ilə keçirilən FİDE Qran-Prisinin ikinci mərhələ yarışı davam edir. Xatırladaq ki, Dünya Şahmat Tacı uğrunda keçiriləcək iddiaçılar turnirinə seçmə xarakteri daşıyan bu turnirdə iştirakçılar hərəsində 4 şahmatçı olmaqla 4 qrupda mübarizə aparır. Reqlamentə görə, qrup yarışları başa çatandan sonra qruplarda birinci yeri tutan şahmatçılar mübarizəni yarımfinaldan davam etdirəcəklər. Yeri gəlmişkən, Şəhriyar Məmmədyarov turnirin D qrupunda Maksim Vaşye-Laqrav (Fransa). Yu Yanq (Çin) və rusiyalı Aleksandr Predke ilə mübarizə aparır. Geridə qalan 4 turdan sonra Məmmədyarov yer aldığı qrupda 2 xalla ikincidir. Qrupa 2,5 xalla fransa təmsilçisi liderlik edir. Dairəvi sistem üzrə keçirilməklə iki dövrədən ibarət olan qrup oyunlarının başa çatmasına 2 tur qalır. Bu gün baş tutacaq 5-ci turda Məmmədyarov Predke ilə qarşılaşacaq. Qeyd edək ki, azərbaycanlı qrossmeyster keçirdiyi 4 oyunun hamısında rəqiblə sülh bağlayıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020