Taekvondoçularımız İran turnirində döyüşəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Taekvondoçularımız İran turnirində döyüşəcəklər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası İran İslam Respyblikasına yollanır. Azərbaycan Taekvondo Federasiyasından (ATF) aldığımız məlumata görə, idmançılarımız paytaxt Tehran şəhərində 6-9 mart tarixlərində ənənəvi “Fajr Open”, 10-13 mart günlərində isə Asiya regionu üzrə “President Cup” G2 kateqoriyalı beynəlxalq turnirində iştirak edəcəklər. Yığmamızın heyətində 8-i qadın olmaqla. 22 taekvondoçu yer alıb.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, eləcə də qadınlardan ibarət komandanın baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbəliyi altında yarışda iştirak edəcək komandamızın heyəti bəllidir: Səyyad Dadaşov, Rahid Vəliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (-63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (74 kq), Səid Quliyev (-80 kq), Taleh Süleymanov (-87 kq) və Radik İsaev (87 kq yuxarı).
Qadınlardan isə Minayə Əkbərova, Sona Ağayeva (-46 kq), Röya Hacıyeva (-49 kq), Patimat Abakarova, Səidə Əliyeva (-53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (-62 kq), Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.
Ümumi komandaya isə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



