Azərbaycan gənclərin avropa çempionatına 7 boksçu ilə qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan gənclərin avropa çempionatına 7 boksçu ilə qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatı start götürəcək. 11 gün davam edəcək yarışda Azərbaycan boksçuları da rinq döyüşünə çıxacaqlar. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, yığmamızın böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin qitə birinciliyində 7 boksçuya şans verəcək. Bu yeddilikdə isə Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) yer alıb. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da iştirak edəcək. Çempionatın reqlamentinə görə, döyüşlər 13 çəki dərəcəsində keçiriləcək.
Komandamız martın 11-də İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında Xorvatiyaya yollanacaq. Ertəsi gün püşkatma mərasimi olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




