Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış ziyalı Nuriyyə Hüseynovaya həsr olunmuş Ləyaqət simvolu adlı kitabın təqdimatı keçirildi +FOTO=12

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış ziyalı Nuriyyə Hüseynovaya həsr olunmuş “Ləyaqət simvolu” adlı kitabın təqdimatı keçirildi +FOTO=12

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış ziyalı Nuriyyə Hüseynovaya həsr olunmuş “Ləyaqət simvolu” adlı kitabın təqdimatı keçirildi

 

Mart ayının 4-ü 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış ziyalı Nuriyyə Hüseynovaya həsr olunmuş “Ləyaqət simvolu” adlı kitabın təqdimatı baş tutdu. Kitab “Qanun” nəşriyyatında yüksək keyfiyyətlə çap olunmuşdur. Kitabın müəllifi yazıçı-publisist Vahid Aslan, redaktoru Xalq şairi Nəriman Həsənzadə, rəyçilər, filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva, filologiya elmləri doktoru, professor Həcər Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızıdır.

 

Onu da qeyd edək ki, bu monoqrafiyada Azərbaycan mədəniyyətində və incəsənətində özünəməxsus dəst-xətti, əvəzsiz xidmətləri olan istedadlı xanəndə, Əməkdar artist Nuriyyə Hüseynovanın həyat və yaradıcılığı ilə bağlı avtobioqrafik məlumat verilir, çoxşaxəli fəaliyyətindən söhbət açılır. Kitabda eyni zamanda Nuriyyə Hüseynova haqqında tanınmış ziyalıların və sənət adamlarının ürək sözləri yer almışdır.

 

Tanınmış jurnalist Fəxriyyə Lilparın idarə etdiyi tədbirdə, Millət Vəkili, Milli Məsclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, kitabın müəllifi Vahid Aslan və digərləri çıxış etdilər. Eyni zamanda tədbirin gedişində Nuriyyə Hüseynovanın ifaçısı və bəstəkarı olduğu mahnılardan ibarət CD albom və rəsmi olaraq fəaliyyətə başlamış “Dünya Musiqi Xəzinəsinin İncisi - Muğam” İctimai Birliyi də tədbir iştirakçılarına təqdim olundu.

 

Təqdimatdan sonra Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi “Dədə Qorqud” folklor ansamblının ifasında Vətən müharibəsi Qaziləri üçün “Novruz gəlir, yaz gəlir” adlı maraqlı konsert proqramı baş tutdu.

Gülay Əsgərli.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020